BAKI, 25 avqust. TELEQRAF

“İran hakimiyyəti ölkədəki irimiqyaslı humanitar böhrana dərhal son qoymalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İflasa uğrayan İran İslam Respublikası hərbçilərinin böyük hissəsinə maaş vermir, həmçinin etirazçıları, hətta etiraz etmədikləri hallarda belə, əvvəlkindən görünməmiş miqyasda öldürür. Bu, nəhəng miqyaslı humanitar böhrandır və buna indi son qoyulmalıdır”, - Amerika lideri bildirib.