BAKI, 27 avqust. TELEQRAF

Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda açılan yeni mədəndə 5 il ərzində 17 ton qızıl istehsal ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mədənin açılış mərasimində deyib.

İnvestisiya həcminin 250 milyon dollar olduğunu söyləyən C. Yılmaz müəssisədə 337 nəfərin işlə təmin ediləcəyini bildirib.