BAKI, 26 avqust. TELEQRAF

ABŞ-nin Montana ştatında baş verən silahlı insident və yanğın nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun 23-də Billinqs şəhərində yerləşən fərdi yaşayış evində atışma barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə çatanda ev artıq alov içində olub. Həyətdə güllə yarası alan şübhəli şəxs aşkarlanıb. İstintaqın ilkin versiyasına görə, kişi özünə atəş açıb.

O, saxlanılaraq xəstəxanaya yerləşdirilib, lakin daha sonra orada ölüb.

Yelloustoun dairəsinin şerifi bildirib ki, faciəyə ailədaxili münaqişə səbəb olub.