BAKI, 27 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi barədə fərman imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
“Bizim bir körfəzimiz və bir gölümüz var. İndi bizə lazım olan tək şey okeandır. Bəlkə də Atlantik və ya Sakit okeanların adını dəyişdirməli olacağıq. Bəlkə də hər ikisini dəyişdirəcəyik”, - deyə o bildirib