BAKI, 28 avqust. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Avropada, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin ciddi çatışmazlığı ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ ordusunun Avropadakı müasir raket əleyhinə vasitələrinin ehtiyatında “son dərəcə kritik” çatışmazlıq yaranıb. Problemin ilk növbədə “Patriot” sistemləri üçün nəzərdə tutulan raket-tutuculara aid olduğu bildirilir.

Daha əvvəl “Bloomberg” Böyük Britaniyanın Baş naziri Endi Börnemin digər Avropa liderləri ilə birlikdə ABŞ-yə səfər etməyi planlaşdırdığını yazıb. Bildirilib ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampı Ukraynaya “Patriot” raketləri verməyə razı salmaqdır.