BAKI, 27 avqust. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq planı yoxdur, buna görə də yaxın gələcəkdə hərbi əməliyyatların dayandırılmasını gözləməməliyik”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Keçən il bu vaxtlar hər şeyin bir il ərzində bitəcəyini düşünürdüm. Problem ondadır ki, Putin müharibəni dayandırmaq istəmir”, - o bildirib.

Kelloqun sözlərinə görə, Putinin indiyədək müharibəni dayandırmaq və dondurmaq üçün bir çox imkanı olsa da, bunu etməyib.

ABŞ prezidentinin keçmiş elçisi Kreml sahibinin dayanacağına dair heç bir əlamət görmür və onun Ukraynada yeni ərazilər ələ keçirmək istədiyinə də inanır: “Mən Putinə etibar etmirəm və inanmıram ki, nəsə baş verərsə, orada dayanacaq. O, irəliləməyə çalışacaq. Buna görə də ukraynalılar təkcə Qərb üçün deyil, bütün dünya üçün əla iş görürlər. Rusiya bu müharibədə qalib gələ bilməyəcək”.