BAKI, 28 avqust. TELEQRAF

Çinin Tibet Muxtar Rayonun Nepalla sərhəd Qyironq bölgsində baş verən daşqın və palçıq axınından zərər çəkmiş bütün sakinlər və turistlər təxliyə edilib.

Teleqraf xəbər verir ki, təbii fəlakət zonasındakı kəndin 499 sakini və tikinti işçiləri təhlükəsiz əraziyə köçürülüb.

Eyni zamanda ərazidən 555 turist çıxarılıb.