BAKI, 24 avqust. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İrana qarşı ikinci dərəcəli sanksiyaların əhatə dairəsini genişləndirməyə və Tehranla ticarət aparan ölkə və qurumları hədəfə almağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ-nin maliyyə naziri Skott Bessentin planı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi İran iqtisadiyyatının müəyyən sahələrini ikinci dərəcəli sanksiyalara məruz qoymağı planlaşdırır.

Hansı iqtisadi sahələrin nəzərdə tutulduğu ilə bağlı detallar hələ açıqlanmayıb.