BAKI, 28 avqust. TELEQRAF
“Saudel” tayfunu Çinin şərq sahillərinə çatıb. Tayfun quruya daxil olarkən küləyin maksimal sürəti saniyədə 35 metrə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Təbii fəlakətin əsas zərbəsi Çjetszyan əyalətinin Tayçjou şəhər dairəsinə dəyib.
Məlumata görə, tayfun tədricən zəifləyərək qərb istiqamətində ölkənin daxili rayonlarına doğru hərəkətini davam etdirir. Çinin şərq bölgələrində, o cümlədən Şanxayda güclü yağışların yağacağı gözlənilir.
Qeyd edək ki, yay aylarında Çinin bir sıra bölgələrində intensiv yağıntılar müşahidə olunur. Tayfunlar, daşqınlar və torpaq sürüşmələri yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurur.