BAKI, 22 avqust. TELEQRAF

ABŞ Litvaya təxminən 11 milyon avro dəyərində gecəgörmə cihazları göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə BNS agentliyi Litvanın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata istinadən yazıb.

“AN/PVS-14 gecəgörmə cihazları partiyası ABŞ-nin müttəfiqləri tərəfindən ABŞ administrasiyasının cihazların istehsalçısı “Nightline Inc.” ilə bağladığı müqavilə çərçivəsində Litvaya təhvil veriləcək”, – məlumatda deyilir.

Təchizatın dəyəri 10,94 milyon avro təşkil edir. Nazirlik müqavilə üçün Litvanın müdafiə büdcəsindən vəsaitin istifadə olunmayacağını bildirib:

“Çünki təchizatçı ilə müqaviləni ABŞ administrasiyası imzalayıb və onun icrasını da ABŞ administrasiyası idarə edir”.

Razılaşmada nəzərdə tutulan gecəgörmə cihazları partiyasının 2030-cu ilin sonuna qədər istehsal edilməsi planlaşdırılır.