BAKI, 26 avqust. TELEQRAF

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfər etdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, “The Washington Post”a bildirib.

Rusiya rəsmisi deyib ki, səfər iki ölkənin xüsusi xidmət orqanları arasında əlaqələrin qurulması məqsədi daşıyıb.

ABŞ rəsmiləri Retkliffin Rusiyaya səfəri barədə əvvəlcədən məlumat verməyiblər. Amma açıq uçuş izləmə sistemlərində ABŞ hökumətinə məxsus nəqliyyat təyyarəsinin Vaşinqton yaxınlığındakı Endryus bazasından Moskvaya uçduğu qeydə alınıb.

“Flightradar24”ün məlumatına görə, təyyarə çərşənbə axşamı Moskva hava limanında təxminən 8 saat 30 dəqiqə qaldıqdan sonra Rusiyanın paytaxtını tərk edib.