BAKI, 27 avqust. TELEQRAF

"Həm ilk oyuna, həm də cavab qarşılaşmasına yaxşı hazırlaşmışdıq. İlk oyunda məğlub olsaq da, yaxşı şanslarımız olmuşdu. Həftə boyunca dincəlmədən oyunu analiz etmişdik. Bunun nəticəsində də qələbə qazandıq. Məhz ilk məğlubiyyətdən sonra anladıq ki, çətin rəqibə qarşı oynayırıq".

Teleqraf xəbər verir ki, bunu "Tvente"nin (Niderland) baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ" qarşı keçirilən cavab matçından (4:1) sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşma ilə bağlı bunları söyləyib:

"Fikrimcə, 4:1 hesabı ilə qalib gəlmişiksə, düşünürəm ki, görüş çox da çətin keçmədi. Daha çətin olan 1:0 hesabı idi. Dəyişikliklər nəticəsində gedişatı dəyişdik".