LAÇIN, 27 avqust. TELEQRAF

Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Manafov Niftalı Möhübbət oğlu vəfat edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, əslən Laçın rayonunun Xaçınyalı kəndindən olan, 1978-ci il təvəllüdlü N.Manafov Bakı şəhərində qardaşının evində insult keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.