BAKI, 5 iyul. TELEQRAF

ABŞ-də hökm sürən anomal isti hava dalğası nəticəsində azı 25 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC" telekanalı ştatların rəsmi qurumlarına istinadən məlumat yayıb.

Ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb və orada həyatını itirənlərin sayı 22-yə çatıb. İllinoysda 1, Missisipidə isə 2 ölüm faktı qeydə alınıb. Dünyasını dəyişənlərin çoxu kondisioneri olmayan evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.

Anomal isti hava Vaşinqtonda Müstəqillik Gününün qeyd olunmasına da təsir edib. Milli Alleyada keçirilən şənliklərin bir neçə iştirakçısına təcili tibbi yardım göstərilib.