BAKI, 8 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatlar zamanı iki hərbçisinin həlak olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu, İsrailin hava zərbələrini intensivləşdirməsindən və ötən həftə İsrail ilə "Hizbullah" qruplaşması arasında toqquşmaların yenidən bərpa olunmasından bəri ordu sıralarında qeydə alınan ilk ölüm faktıdır.

Hərbi rəhbərlik hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik ətraflı məlumat verməyib.

Hazırda İsrail-Livan sərhədində tərəflər arasında gərginlik ən yüksək həddədir. ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra "Hizbullah" ilə İsrail ordusu arasında cəbhə boyu atışmalar və birbaşa toqquşmalar davam edir.