BAKI, 6 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə keçirilən danışıqları mühüm və məzmunlu adlandırıb, görüşlərin nəticələrindən nikbin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Stiv Uitkoff sentyabrın 6-da jurnalistlərə açıqlamasında bildirib.
O, Zelenski ilə görüşü “mühüm, məzmunlu” kimi qiymətləndirib və danışıqların gedişatından nikbin olduqlarını qeyd edib.
ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Zelenski ilə görüşü onların Kiyevə ilk səfəri çərçivəsində baş tutub. Bundan əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.
Məlumata görə, tərəflər Ukraynada müharibənin dayandırılması istiqamətində danışıqların davam etdirilməsini müzakirə ediblər. Uitkoff və Kuşner danışıqlarda irəliləyiş əldə olunmasına çalışdıqlarını bildiriblər.