BAKI, 6 sentyabr. TELEQRAF

Yəməndə husilər Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurduqlarını iddia ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriyə açıqlama verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına məxsus PUA Yəmənin cənub-qərbində yerləşən Təiz əyalətinin Məqbənna rayonunun hava məkanında vurulub.

Yəhya Səriyə bildirib ki, pilotsuz uçuş aparatı düşmənə məxsus olub və düşmənçilik missiyası həyata keçirərkən məhv edilib.

Hadisənin səhər saatlarında baş verdiyi qeyd olunub.