BAKI, 8 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İrana məxsus ballistik və qanadlı raketləri, həmçinin pilotsuz uçuş aparatlarını (PUA) uğurla zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə yönəlmiş ballistik və qanadlı raketləri, eləcə də dronları vaxtında müəyyən edərək onların hədəfə çatmasına imkan verməyib.
Məlumatda son hücum zamanı məhv edilən hərbi vasitələrin dəqiq sayı açıqlanmasa da, İranla davam edən müharibə dövründə aşkar edilən və sıradan çıxarılan bütün raket və PUA-ların ümumi statistikasını əks etdirən geniş infoqrafika təqdim olunub.
الدفاعات الجوية الإماراتية تتصدى بنجاح للصواريخ الباليستية والجوالة والمسيرات الإيرانية.
— وزارة الدفاع |MOD UAE (@modgovae) March 8, 2026
UAE Air Defences Successfully Intercept
Iranian Ballistic and Cruise Missiles and UAVs Attacks#وزارة_الدفاع #وزارة_الدفاع_الإماراتية#MOD#UAEMinistryOfDefence pic.twitter.com/3XIH5xks4J