BAKI, 8 mart. TELEQRAF
İranın İsrailin mərkəzi hissəsinə endirdiyi raket zərbələri nəticəsində azı 6 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin milli təcili tibbi yardım xidməti məlumat yayıb.
Tibbi xidmətin məlumatına görə, yaralıların vəziyyəti müxtəlifdir.
İsrail polisinin mətbuat xidməti hücumun fəsadları barədə əlavə məlumat yayıb. Bildirilir ki, raket atəşi nəticəsində ölkənin bir neçə məntəqəsində raket qəlpələrinin düşməsi faktı qeydə alınıb.
Hazırda qəlpələrin düşdüyü ərazilərdə polis əməkdaşları və partlayıcı mütəxəssislər (istehkamçılar) təhlükəsizlik tədbirləri görür və təhqiqat aparırlar.