BAKI, 8 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin son hərbi fəaliyyətlərinə cavab olaraq hücum əməliyyatlarının miqyasını kəskin şəkildə artıracağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Ağ Evin və İsrailin bölgədəki hərbi addımlarına qarşı cavab tədbirləri çərçivəsində SEPAH-ın əməliyyat imkanları ciddi şəkildə genişləndirilir.
Məlumata əsasən, bu gecədən etibarən aşağıdakı artımlar nəzərdə tutulur:
Pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi 20 faiz artırılacaq;
Strateji və ağır raketlərin istifadəsi 100 faiz artırılacaq (iki dəfəyə yüksəldiləcək).
Rəsmi mənbə qeyd edib ki, bu addım ölkənin maraqlarına və vətəndaşlarına qarşı yönəlmiş hərbi risklərə qarşı çəkindirmə gücünü təmin etmək və "qətiyyətli cavab" vermək məqsədi daşıyır.