BAKI, 8 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) Livanla həmsərhəd olan şimal bölgələrində hərbi qüvvələrini cəmləşdirməyə davam edir.

Teleqraf xəbər verir ki, İsrailə məxsus ağır zirehli texnikalar və tanklar sərhəd yaxınlığındakı xüsusi toplama məntəqələrində yerləşdirilib.

Təqdim olunan görüntülərdə İsrailin "Merkava" tipli əsas döyüş tanklarının Livanla sərhəd istiqamətində, strateji əhəmiyyətli nöqtələrdə mövqe tutduğu aydın görünür.