BAKI, 8 mart. TELEQRAF
İsrail hərbçiləri İranın ali rəhbərliyi ilə bağlı yeni xəbərdarlıqlarla çıxış ediblər.
Teleqraf xəbər verir ki, İsrail ordusu fevralın 28-də ABŞ və İsrailin birgə hava hücumları nəticəsində həlak olan Əli Xameneinin istənilən xələfinin fəaliyyətinin izləniləcəyini bəyan edib.
İsrail ordusunun fars dilində paylaşdığı sosial media müraciətində yalnız gələcək rəhbər deyil, həm də yeni lideri müəyyən edəcək şəxslərin fəaliyyəti barədə xəbərdarlıq edilib. Bu açıqlama birbaşa İslam Respublikasının Ali Rəhbərini seçmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinə ünvanlanıb.
Məlumatda qeyd olunur ki, İsrail ordusu yeni liderin təyin olunması prosesində iştirak edən hər bir üzvü diqqətdə saxlayacağını bildirərək, regiondakı proseslərə nəzarəti davam etdirəcəyini vurğulayıb.