
Bakı, 7 fevral. TELEQRAF
“Bakı Konqres Mərkəzi” MMC Təmizlik və Fasad Yuyulması Xidmətləri üçün "MİNT SERVİCES" MMC ilə 679 min manata razılaşıb.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən açıq tenderin qalibi “MİNT SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tenderin predmetini təşkil edən ofis otaqlarında, köməkçi binalarda və inzibati binada təmizlik, çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satın alınması üzrə müqavilə imzalanıb.
Müsabiqə nəticəsində, tərəflər 678.972 AZN məbləğində razılaşıblar, halbuki ehtimal olunan qiymət 716.048,26 AZN idi.
Xidmətlər çərçivəsində, “Bakı Konqres Mərkəzi” MMC-nin ofis otaqlarında, köməkçi binalarda və inzibati binasında ümumilikdə 38.148,0 m² ərazidə təmizlik xidmətləri göstəriləcək. Eyni zamanda, inzibati binanın çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulması xidmətləri isə 28.000,0 m² ərazini əhatə edəcək.
Xatırladaq ki, müqavilə 10 fevral 2026-cı ilədək davam edəcək və xidmətlərin hər biri 12 ay müddətində təmin ediləcək.