BAKI, 11 mart. TELEQRAF

Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.