.jpg)
BAKI, 11 mart. TELEQRAF
“Turan” İnformasiya Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Teleqraf-ın xəbərinə görə, agentlik bu barədə kreditorlara müraciət edib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 186, mənzil 24 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb. Media qurumunun rəhbəri Mehman Əliyev bu il fevralın 13-də oxucularına müraciət edərək fəaliyyətlərinin dayandırdıqlarını açıqlamışdı. O qeyd etmişdi ki, daimi maliyyə çətinlikləri səbəbindən agentliyin fəaliyyətini hazırkı formatda davam etdirmək mümkün deyil.