
BAKI, 11 mart. TELEQRAF
Azərbaycanda bu il yanvarın 1-nə muzdlu işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 1 milyon 778 min 530 nəfər olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdlu işçilərin 55,2 faizi – 982 min 476 nəfəri Bakının payına düşüb.
Ən az muzdlu işçi Şərqi Zəngəzur iqtisadi rayonundadır – 21 min 466 nəfər.
Digər iqtisadi rayonlarda bu göstərici belədir: Naxçıvan iqtisadi rayonu – 61142 nəfər, Abşeron-Xızı iqtisadi rayonu 112579 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu 28279 nəfər, Gəncə-Daşkəsən iqtisadi rayonu 78477 nəfər, Qarabağ iqtisadi rayonu 65868 nəfər, Qazax-Tovuz iqtisadi rayonu 58471 nəfər, Quba-Xaçmaz iqtisadi rayonu 56507 nəfər, Lənkəran-Astara iqtisadi rayonu 66739 nəfər, Mərkəzi Aran iqtisadi rayonu 73816 nəfər, Mil-Muğan iqtisadi rayonu 44056 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu 72600 nəfər, Şirvan-Salyan iqtisadi rayonu 56054 nəfər.
Muzdlu işçilər - Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslərdir.