
BAKI, 12 mart. TELEQRAF
ABŞ silahlı qüvvələri Yəməndə husilərin hərbi obyektlərinə avia-zərbələr endirib.
Teleqraf xəbər verir ki, Amerika təyyarələri Hudeyda əyalətində husilərin hərbi obyektlərinə hücum edib.
Xüsusilə, Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanı yaxınlığında, Əl-Katib bölgəsində yerləşən silah anbarları və pilotsuz uçuş aparatlarının saxlanıldığı bazalar vurulub.