BAKI, 11 mart. TELEQRAF

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, indiyədək ölkə ərazisində 104.995 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan, yaxud 9,7 faizdən çox artım deməkdir.