BAKI, 12 mart. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiya tərəfinin ABŞ nümayəndələri ilə mümkün görüşündən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.

“Biz yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasları istisna etmirik”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Ukrayna müvəqqəti atəşkəs razılaşmasına razılıq verib. Moskva hələlik məsələ ilə bağlı açıqlama verməyib.