
BAKI, 11 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında "ƏDV geri al" layihəsi çərçivəsində fiziki şəxslərə geri qaytarılan Əlavə Dəyər Vergisinin məbləği açıqlanıb.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən iki ay ərzində “ƏDV geri al” layihəsi çərcivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 30 milyon 721 min manatadək olub.
Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin həcmi yanvar-fevral aylarında 6 milyon 191,4 min manatdan çox olub.