BAKI, 11 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 652,9 min manat olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb.

Əlavə olaraq, ötən iki ayda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faiz icra edilib.