.jpg)
BAKI, 12 mart. TELEQRAF
"Kanada ABŞ-nin qonşusu və müttəfiqi olmaqda davam edir, lakin son vaxtlar iki ölkə arasında münasibətlərdə rəqabət əlamətləri görünməyə başlayıb".
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
“Kanada bizim qonşumuz, tərəfdaşımızdır, həmişə müttəfiqimiz olub. Lakin Kanada indi bizim rəqibimizə çevrilə bilər”, - Levit brifinqdə ölkələr arasında ticarət mübahisəsinin fəsadları barədə suala cavab verib.
Karolin Levit onu da bildirib ki, Kanada ABŞ-nin 51-ci ştatı olarsa, onun vəziyyəti "daha yaxşı ola bilərdi" .