
BAKI, 11 mart. TELEQRAF
Azərbaycan Memarlıq və İnşaat Universiteti tədris korpusunun yenidənqurulması üçün tender elan edib.
Teleqraf dövlətsatınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında yerləşən ərazidə layihələndirilən tədris korpusunun yenidənqurulması üçün tender elan edib.
Layihənin həyata keçirilməsi üçün ehtimal olunan ümumi məbləğ 2.850.000,00 AZN olaraq nəzərdə tutulub. İştirak haqqı isə 1000 AZN təşkil edir.
Rəsmi elan üzrə tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 21 aprelədək təqdim edə bilərlər. Zərflər də həmin gün açılacaq.