BAKI, 11 mart.TELEQRAF

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyədək 61 milyon manatlıq məhsul istehsal edilib.

Teleqraf İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, Sənaye Parkında investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyekti rezident statusu alıb. İş adamları Parka 43 milyon manatdan artıq sərmayə yatırıb və burada 160-dan çox daimi iş yeri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan 30 hektarlıq Sənaye Parkı əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının qarşılanmasına, yerli istehsalın genişləndirilməsinə və məşğulluğun artırılmasına mühüm töhfə verir.