
BAKI, 11 mart. TELEQRAF
Naxçıvan Muxtar Respublikasında martin 1-nə olan göstəriciyə görə, aktiv vergi ödəyicilərinin sayı 20.175 təşkil edib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artb.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5.944 təşkil edib.
Xatırladaq ki, yanvarın 1-ə olan statiskaya görə aktiv vergi ödəyicilərinin sayı 21.778, aktiv ƏDV ödəyicilərinin sayı isə 548 olmuşdu.