BAKI, 11 mart. TELEQRAF

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının 11 mart tarixinə olan mübadilə və qalıq sayını açıqlayıb.

Teleqraf Agentliyə istinadən xəbər verir ki, ümumilikdə 3200 ədəd Rusiya Federasiyası üzrə və 3715 ədəd Qazaxıstan Respublikası üzrə “İcazə” blankı mübadilə edilib. Rusiya ilə bağlı icazələr 1800 ədəd İrana və İrandan daşımalar üçün, 1200 ədəd məhdudiyyətsiz istifadə üçün, 200 ədəd isə Avropa İttifaqı ölkələrinə və ölkələrindən daşımalar üçün olmaqla bölünüb, bu icazələrin 160 ədədi qalıb.

Qazaxıstan üzrə isə 3715 ədəd icazə sənədindən 715 ədədi qalmaqdadır.