BAKI, 11 mart. TELEQRAF

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son 5 ay ərzində mikromobillik vasitələrindən istifadənin intensiv şəkildə artdığını bildirib.

Teleqraf Agentliyə istinadən xəbər verir ki, bu müddət ərzində sözügedən nəqliyyat növündən istifadə sayı 1 082 176 dəfə olub.

Ümumilikdə 620 290 nəfər mikromobillik vasitələrindən yararlanıb və bu nəqliyyat növləri ilə 2 773 895 km məsafə qət edilib.