
BAKI, 7 fevral. TELEQRAF
“Bakı Konqres Mərkəzi” MMC-nin daxili şəbəkəsinin idarə edilməsinə texniki dəstəyin satın alınması ilə bağlı keçirilən açıq tenderin qalibi "ARIS" MMC olub.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 202.842,00 AZN olsa da tərəflər 127.963,92 manata razılaşıblar.
Tender çərçivəsində “Bakı Konqres Mərkəzi” Extreme şəbəkə avadanlıqlarına texniki dəstək, Aruba şəbəkə avadanlıqlarına texniki dəstək, Palo Alto təhlükəsizlik divarına texniki dəstək və Extreme şəbəkə avadanlıqlarına istehsalçı dəstəyi alacaq. Hər bir xidmət 12 ay müddətində təmin ediləcək. Müqavilənin icra müddəti 2026-cı ilin yanvarın 8-ə qədərdir.