BAKI, 20 sentyabr. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin yalnız region üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını və beynəlxalq problemə çevrildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan “NTV” telekanalına müsahibəsində məlumat verib.
“İsrail təkcə region üçün deyil, bütün dünya üçün təhlükə yaradır. Görürük ki, bu fikir İsrailin ənənəvi dostları arasında da dəstək qazanır”, - deyə nazir bildirib.
Fidan həmçinin qeyd edib ki, İsrail Fələstin və Liviyadan sonra Suriyanı da öz fəaliyyətlərinin yeni zonasına çevirməyə çalışır.