BAKI, 5 noyabr. TELEQRAF

Pakistanın şərqindəki Pəncab əyalətinin Pakpattan şəhəri yaxınlığında sərnişin avtobusu ilə yük maşını arasında baş verən toqquşma nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Daun" qəzeti xilasedicilərə istinadən məlumat yayıb.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.