BAKI, 6 noyabr. TELEQRAF
Türkiyənin UEFA Çempionlar Liqasında (ÇL) mübarizə aparan “Qalatasaray” və “Fənərbağça” klublarının indiyədək qazandıqları gəlir bəlli olub.
Teleqraf xəbər verir ki, “Fənərbağça” 35 milyon avro, “Qalatasaray” isə 34,5 milyon avro gəlir əldə etməyi təmin edib.
Beləliklə, Türkiyə təmsilçilərinin ÇL-dən qazandıqları ümumi məbləğ 69,5 milyon avroya çatıb.
Çempionlar Liqasının Liqa mərhələsinin IV turundan sonra “Qalatasaray” 6 xalla 18-ci, “Fənərbağça” isə 5 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray” 2 qələbə və 2 məğlubiyyət, “Fənərbağça” isə 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət əldə edib.