BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycanda 2026-ci ildən yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiq edilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu təklif sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq irəli sürülüb:

“Ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur".