BAKI, 6 noyabr. TELEQRAF

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında birgə müdafiə sahəsində Məkkə Sazişinin təsdiq edilməsinin məqsədəuyğun hesab olunmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məkkə Sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün koalisiya üzvlərinə qarşı təcavüz aktı kimi qəbul ediləcəyi nəzərdə tutulur.

Pakt rəsmi olaraq Məkkə Müdafiə İttifaqı adlandırılır.