BAKI, 6 noyabr. TELEQRAF
"Sənayeləşmə siyasəti konkret nəticələr verir. Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb, bunun 7,1 milyard manatlıq hissəsi ixrac olunub".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O qeyd edib ki, sahibkarlar bu zonalara 7,3 milyard manata yaxın investisiya yatırıb və 11,8 min daimi iş yeri yaradıb: “Təkcə cari ilin 9 ayında daha 29 müəssisə sənaye zonalarında rezident statusu alıb. Dağ-mədən və metallurgiya üzrə 2027–2030-cu illər Dövlət Proqramı isə təbii ehtiyatlarımızın ölkə daxilində emalını və yüksək əlavə dəyərli məhsul ixracını hədəfləyir.
Nazir müavini bildirib ki, sənayeləşmə siyasəti konkret nəticələr verir: “Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb, bunun 7,1 milyard manatlıq hissəsi ixrac olunub. Sahibkarlar bu zonalara 7,3 milyard manata yaxın investisiya yatırıb və 11,8 min daimi iş yeri yaradıb. Təkcə cari ilin 9 ayında daha 29 müəssisə sənaye zonalarında rezident statusu alıb. Dağ-mədən və metallurgiya üzrə 2027–2030-cu illər Dövlət Proqramı isə təbii ehtiyatlarımızın ölkə daxilində emalını və yüksək əlavə dəyərli məhsul ixracını hədəfləyir”.
Anar Axundov vurğulayıb ki, qarşıdakı dövrdə iqtisadi siyasətimizin əsas istiqaməti ixraca yönəlmiş, özəl investisiyalara əsaslanan və regionlarda yeni imkanlar yaradan artımdır: “Bu baxımdan iki sahə prioritet hesab olunur. Birincisi, yerli resurslara söykənən emal sənayesi – metallurgiya, kimya, əczaçılıq, qida və yüngül sənaye. İkincisi, xarici bazarlara çıxarıla bilən xidmətlər – logistika, turizm və rəqəmsal sektor, o cümlədən məlumat mərkəzləri".