BAKI, 6 noyabr. TELEQRAF
"Qarşıdakı dövrdə iqtisadi siyasətimizin əsas istiqaməti ixraca yönəlmiş, özəl investisiyalara əsaslanan və regionlarda yeni imkanlar yaradan artımdır".
Teleqraf xəbər verir ki, bu fikirləri bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
Onun sözlərinə görə, bu baxımdan iki sahə prioritet hesab olunur: "Birincisi, yerli resurslara söykənən emal sənayesi – metallurgiya, kimya, əczaçılıq, qida və yüngül sənaye. İkincisi, xarici bazarlara çıxarıla bilən xidmətlər – logistika, turizm və rəqəmsal sektor, o cümlədən məlumat mərkəzləri".