BAKI, 6 noyabr. TELEQRAF
39 yaşlı argentinalı hücumçu Lionel Messi karyerasını vətənində davam etdirə bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Messi futbolçu karyerasına başladığı “Nyuells Old Boyz” klubuna qayıda bilər.
Əfsanəvi futbolçunun 2027-ci ilin yanvarında Argentina təmsilçisinə qoşulması istisna edilmir.
Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 33 matçda meydana çıxıb, 29 qol vurub və 16 məhsuldar ötürmə verib.
Qeyd edək ki, argentinalı hücumçunun “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.