BAKI, 6 noyabr. TELEQRAF
ABŞ və Rusiya təkcə Ukrayna münaqişəsinin həlli deyil, bütövlükdə Avropanın təhlükəsizliyi məsələsində də razılaşmaya yaxındır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Moskva arasında aparılan müzakirələr həm Ukrayna məsələsini, həm də Avropanın ümumi təhlükəsizlik arxitekturasını əhatə edir.
Tramp tərəflərin hər iki istiqamətdə razılaşma əldə etməyə yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Görüşdə müharibənin dayandırılması, təhlükəsizlik təminatları və gərginliyin azaldılması məsələləri müzakirə olunacaq.