BAKI, 5 noyabr. TELEQRAF

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları 5 noyabrda ölkə daxilində keçirilən qiymətlərin artmasına qarşı etirazlar zamanı baş verən iğtişaşlarla əlaqədar 448 nəfəri saxlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin açıqlamasında deyilir: "Bu gün ölkə daxilində 448 həbs qeydə alınıb. 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Bu rəqəmlər yenilənə bilər".

Daxili İşlər Nazirliyi də cümə axşamı günü etirazçıların sayı ilə bağlı proqnozunu aşağı salaraq, Fransada keçirilən 193 etiraz aksiyasında 575.000 nəfərin iştirak etdiyini təsdiqləyib.