BAKI, 5 noyabr. TELEQRAF
Paraqvay Prezidenti Santyaqo Pena Ueno Bankındakı böhran fonunda istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Santyaqo Pena xalqa müraciətində bildirib: "Ölkənin sabitliyini, sosial sülhü və demokratik institutların qorunması əsasdır. Baş verənlərə görə, ölkə vətəndaşlarından üzr istəyirəm".
O, əsas prioritetinin maliyyə sisteminə əmanət qoyan paraqvaylıların vəsaitlərinin geri qaytarılmasını təmin etmək olduğunu vurğulayıb:
"Bu gün mənim yalnız bir prioritetim var: əmanətlərini maliyyə sistemimizə etibar edən paraqvaylıların rahatlığı. Əsas istəyim bu vəsaitlərin qaytarılmasının təmin edilməsi, Əmanət Zəmanəti Fondunun öz missiyasını yerinə yetirməsi və bütün paraqvaylılara məxsus dövlət vəsaitlərinin və resurslarının qorunmasıdır".