BAKI, 6 noyabr. TELEQRAF

2027-ci ildən vergi borcları üzrə möhlət mexanizmi avtomatlaşdırılacaq və sadələşdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi, yəni əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması nəzərdə tutulub.

“Təklif edilən dəyişikliklərin mütləq əksəriyyəti sahibkarlığın dəstəklənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlib. Dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə aparılan müzakirələr, eləcə də onların irəli sürdüyü təkliflər əsasında formalaşıb", - deyə O.Nəzərli əlavə edib.